ADPU-nun Quba filialına direktor təyin edilməsinin 2-ci ili tamam olması münasibətilə filialın əməkdaşları dosent Yusif Alıyevi təbrik edib

Bu münasibətlə təşkil edilən hesabat tipli tədbirdə əvvəlcə filialın direktoru dosent Yusif Alıyevin 2 illik əməli fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.Videoçarx filial əməkdaşları tərəfindən hazırlanıb və   filialda dosent Yusif Alıyevin gördüyü işlərin bir hissəsi təqdim edilib.
Daha sonra təbrik nitqi ilə çıxış edən filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Alpanlı və Eyvaz Şeydayev qeyd ediblər ki, Yusif Alıyev 2 il müddətində filialın həyatında dönüş edib, əldə edilən uğurlar əməkdaşların iş fəaliyyətinə daha məsuliyyətlə yanaşmasına səbəb olub.
Təbrik nitqi ilə çıxış edən filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov dosent Yusif Alıyevin haqqında söylənilən bütün fikirlərə layiq olduğunu xüsusi diqqətə çatdırıb.Görülən yaxşı işlərin fonunda əməkdaşların da bütün bunlara sağlam münasibət göstərməli olduğunu vurğulayıb.Günün bütün hissəsini filialın inkişafına həsr edən Yusif Alıyevə öz dərin təşəkkürünü ifadə edib.

Daha sonra çıxış edən filialın Təbiət fənləri kafedrasının baş müəllimi fizika riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov bildirib ki, uzun illərdir çalışdığı ADPU-nun Quba filialını görməyi arzuladığı mənzərə budur.Əmin olduğunu vurğulaylb ki, cəmiyyətdə dosent Yusif Alıyev kimi kadrlara ehtiyac var.
Təbrik nitqi ilə filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova, filialən Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, direktor köməkçisi Mürvət Əliyev, doktorant Sərxan Cəfərov qeyd ediblər ki, idarəetmədə artıq mənəvi haqqa sahib olduğunu Yusif Alıyev əməli fəaliyyəti ilə təsdiq edib.
Sonda bütün kollektivin, hər kəsin adından hörmətli direktorumuza faəliyyətində daha böyük uğurlar arzu ediblər.
Daha sonra tələbələr Səma Asəfova, Şəbnəm Abdullayeva, Nurtac Eldarova  da çıxış edərək ilk qəbul olduqları gün direktorun onlara verdiyi sözü tutaraq filialda sağlam mühitin yaradılmasından, bu filialın tələbəsi olduqlarından qürur duyduqlarını diqqətə çatdırıblar.
Sonda dosent Yusif Alıyev çıxış edən, fikir söyləyən hər kəsə təşəkkürünü bildirərək Quba filialının inkişafı naminə bundan sonra da cidd-cəhdlə çalışacağını, görəvini şərəf və layəqətlə yerinə yetirəcəyini bildirib.

dosent Yusif Alıyevin 2 illik əməli fəaliyyətinə həsr edilən videoçarx burdan tanış ola bilərsiniz – https://www.youtube.com/watch?v=GQGTdkCAUAc

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir