ADPU-nun Quba filialının növbəti onlayn Elmi Şurası keçirilib

ADPU-nun Quba filialının növbəti onlayn Elmi Şurası keçirilib

Dekabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının 2020/2021-ci tədris ilinin növbəti Elmi Şurasının onlayn iclası keçirilib.
ADPU-nun Quba filialının direktoru, Elmi Şuranın sədri dosent Yusif Alıyev iclası giriş sözü ilə açaraq, onlayn iclasda iştirak edən Elmi Şura üzvlərini salamlayıb. Dosent Yusif Alıyev bildirib ki, iclasın gündəliyinə “2020/2021- ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti”, “Fakültə dekanlığının işi haqqında”, “2019-cu təqvim ili üçün filialın kafedraları üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti” və cari məsələlər daxil edilmişdir.

Direktor Yusif Alıyev iclasda pandemiya dövründə filialda tədrisin və imtahanların məsafədən təşkili istiqamətində görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, ADPU-nun Quba filialının kollektivi onlayn təşkil olunan tədrisin və onlayn imtahanların öhdəsindən gəlməyi bacarıb. Hətta müəllimlərin texniki imkanlardan istifadə ilə daha çox daxili  imkanlardan istifadə etməklə dərslərini daha faydalı, maraqlı və sistemli qurmağı bacardığını qeyd etmişdir. Həm də bildirib ki, imtahanlarla bağlı yaradılmış onlayn İmtahan Qərargahı öz işinin öhdəsindən layiqincə gəlməyi bacarıb, bu semestrdə də tələbələrə vaxtında imtahan tapşırıqlarını çatdırılacağını və yoxlamalar zamanı tələbələrin biliyi obyektiv qiymətləndiriləcəyindən əmin olduğunu vurğulayıb. Ümumilikdə bu müddətdə filialda tədris, təlim və tərbiyə sahəsində görülən işlərə görə bütün əməkdaşlara təşəkkür ünvanlayıb və birlikdə daha böyük uğurlara imza atılacağına əminlik ifadə edib. Bildirib ki, hazırda filialda görülən işlər artıq öz sözünü deyir. Elmi şurada filialın onlayn İmtahan Qərargahının sədri Sahilə Ağasıyeva, filialın kafedra müdirləri dosent Gülşən Ağabəy, dosent Elnur Nəsirov, İKT şöbəsinin müdiri Yusif Abayev, dekan müavini Nubar Bayramova, Tələbə və tədrisin idarə olunması şöbədinin müdiri Mələk Bağırova, baş müəllim Nurbala Süleymanov, THİK sədri Aygün Şıxbabayeva çıxış edərək öz illik hesabatlarına uyğun çıxış etmiş, imtahanlara hazırlığın vəziyyəti haqqında məlumat vermiş, bildiriblər ki, heç bir kənar müdaxilə olmadan, bu semestrdə də tamamilə müstəqil və obyektiv şəkildə təşkil edilən imtahanlar tələbə və valideynlərin məmnunluğu ilə başa çatacaqdır. Bunun üçün bütün strukturlar canla başla əməkdaşlıq şəraitində çalışacaqlar.
Daha sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda müzakirə olunan məsələlərlə əlaqədar işlərin qısa müddətdə icrası üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?