Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına ADPU-nun Quba filialının fəal tələbələri də qoşulub.
Eko-aktivistlərin, media mənsublarının, tələbələrin, ictimaiyyət nümayəndələrinin dinc aksiyası zamanı Quba filialının tələbələrinin iştirakı bizləri qürurlandırır.
Təbii ki, ölkəmizin o bölgəsi yoxdur ki, oradan Laçın-Xankəndi dəhlizində keçirilən aksiyaya qatılan gənc olmasın. Ümumilikdə bu ekoloji aksiya dünyaya səs salaraq Azərbaycanın mövqeyini bəyan etdi.
Bu aksiya Azərbaycan xalqının birliyini, Azərbaycan gəncliyinin də mübarizliyini bir daha dünyaya nümayiş etdirdi.