Abituriyentlərin nəzərinə

25.09.2020
Abituriyentlərin nəzərinə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış

şəxslərin onlayn qeydiyyatı  haqqında məlumat 

Tələbə adı qazanmış şəxslər 2020-ci il 25 sentyabr saat 09:00-dan 7 oktyabr 17:30-dək  sənədlərini onlayn qaydada qeydiyyatdan keçirməlidirlər. Qeydiyyatdan keçmək üçün tələbə adını qazanmış şəxs aşağıda siyahısı təqdim edilən sənədləri scan (elektron sürəti) edib yusif.abayev@adpu.edu.az  e-mailinə göndərilməlidir.

  1. Tələbə anketi (əlyazma qaydasında doldurulmuş qaydada); (Bax əlavə 1)
  2. Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhə­lə­si­ni bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2019-2020-ci tədris ilinin məzunları üçün hə­min təhsil müəssisəsini  bitirmələri  haqqında arayış və ya diplom);
  3. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)
  4. Şəxsiyyət vəsiqəsi;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün);
  6. Tibbi arayış (Forma – 086) (şəkilli);
  7. İllik təhsil haqqının ödəməsini (imkanı məhdud olan tələbələr təhsil haqqının yarısını ödəməklə qeydiyyatdan keçə bilər və ikinci yarısını 31.12.2020-dək ödəməlidirlər) təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün); Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən  güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı Əlavə 2-yə  baxın.

Təhsil haqqı ödənilməsi üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının bank  rekvizitləri:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

VÖEN: 4500163851

H/H: AZ05AIIB33070019446506487165

 

Bank: Kapital Bank ASC Quba filialı

Kod: 200651

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.I.F.T.  AII BAZ-2X  

  1. Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).
  2. Təhsil Nazirliyinin e-telebe.edu.az portalında bütün tələbə adını qazananlar qeydiyyatdan keçməlidir.

Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən  güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri də digər sənədləri ilə birlikdə e-mailə göndərməlidirlər.Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatdan keçməlidir. Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq. Bu hal abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edilmiş sənədləri göndərən abituriyentlərin şəxsi kabinetində bir gün sonra “sizin sənədləriniz qəbul olduğunuz ali təhsil müəssisəsi tərəfindən təsdiqləndi” yazısı daxil olacaq. Şəxsi kabinetinə bu məlumat qeyd edilmiş abituriyentin sənədləri təsdiqlənmiş hesab ediləcəkdir. Belə bir bildiriş almayan abituriyentlər mütləq ADPU-nun Quba filialınnı Sənəd Qəbulu Komissiyası ilə e-maillə əlaqə saxlamalıdırlar.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Sənəd Qəbulu Komissiyası

Quba şəhəri, Fətəli xan – 4

Tel. ( 023) 335-52-37  və   ya (023) 335-20-92

Mobil: (050) 862 36 10, (050) 497 12 62

e-mail: yusif.abayev@adpu.edu.az

 

ABİTURİYENTLƏRİN ONLİNE QEYDİYYAT TƏLİMATI

Tələbə anketi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə 1.

 

 

 

 

Şəkil
3×4

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
Tələbə Anketi

Adı, soyadı, ata adı____________________________________________________________________

Şəxsiyyət vəsiqəsinin fin kodu___________________________________________________________

Vətəndaşlığı_________________________________________________________________________

Cinsi__________________ Doğum tarixi_______________ Ailə vəziyyəti____________________

Sosial vəziyyəti___________________________________( 1 valideynini itirmiş /2 valideynini itirmiş)

Sosial status____________________________________________________(Vətəndaş/qaçqın/köçkün)

Hərbi mükəlləfiyyəti___________________________________(Hərbi mükəlləfiyyətli/Mükəlləfiyyətsiz)

Milliyyəti___________________________________________________________________________

Sağlamlıq məhdudiyyəti_________________________________________(1-ci qrup əlil/2-ci qrup əlil)

Əlaqə məlumatı

Ev telefonu__________________________________________________________________________

Mobil telefonu _______________________________________________________________________

E-mail______________________________________________________________________________

 

Ünvan məlumatları

Doğulduğu yer __________________________________________________( Ölkə/şəhər/kənd/qəsəbə)

Qeydiyyat ünvanı_____________________________________________________________________________

________________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)

Faktiki yaşayış ünvanı_________________________________________________________________ __________________________________________________ (Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)

 

Ailə üzvləri

Ata adı, soyadı, əlaqə nömrəsi __________________________________________________________

Ana adı, soyadı, əlaqə nömrəsi__________________________________________________________

Sənəd məlumatları

Şəxsiyyət vəsiqəsinin seriyası______________ Nömrəsi____________________________________

Verilmə tarixi_____________________________Bitmə tarixi_________________________________

Sağlamlıq haqqında arayışın seriyası_________ Nömrəsi____________________________________

Verilmə tarixi__________________________ Bitmə tarixi_________________________________

Hərbi mükəlləfiyyət haqqında arayışın seriyası__________ Nömrəsi __________________________

Verilmə tarixi__________________________ Bitmə tarixi_________________________________

Qəbul forması ______________________________________________________________________

(Müsabiqə/Müsabiqədən kənar/Fərdi müqavilə/və s.)

Qeydiyyat tarixi________________________ Qəbul balı __________________________________

Təhsilalma forması______________ (əyam/qiyabi) Təhsil haqqı_____________ (Dövlət/ödənişlı)

İxtisas _____________________________________________________________________________

Keçmiş təhsil məlumatları

Məktəbin ünvanı________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə)

Məktəbin adı ________________________________________________________________________

Başlama tarixi_____________ Bitirmə tarixi_______________________________________________

Təhsil aldığı dil ______________________________________________________________________

Attestat məlumatları

Attestatın seiyası___________________________Nömrəsi___________________________________

Verilmə tarixi__________________________ Bitmə tarixi_________________________________

(Kollec və s.)

Təhsil müəssisəsinin ünvanı__________________________________ ( ölkə/şəhər/kənd/qəsəbə)

Təhsil müəssisəsinin adı_______________________________________________________________

Başlama tarixi____________________________Bitirmə tarixi________________________________

Təhsil aldığı dil_____________________________________________________________________

Məlumatın dolğunluğunu öz imzamla təsdiq edirəm________________________________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə 2.

 

 2020-2021-ci TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNƏ QƏBUL OLMUŞ TƏHSİL HAQQINDAN AZAD EDİLƏN TƏLƏBƏLƏRİN  NƏZƏRİNƏ! 

TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI 

AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ ŞAMİL EDİLİR:

 

  1. “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azər­bay­can Respublikası Prezidentinin 4 avqust  2003-cü il 1308 nömrəli Sərən­camı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respub­li­ka­sı Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;

3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) nota­ri­al qaydada təsdiq olunmuş surəti.

  1. Ailə tərkibi haqqında arayış

————————————————————————————————————

 

II.”ŞƏHID” AILƏSI  STATUSUNU ALMIŞ AILƏNIN ÜZVÜ. 

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD,”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 3 sentyabr 1993-cü il ¹  697. 

  • “Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
  • arvadı (əri);
  •  valideynləri;
  •  18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
  •  qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
  •  babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
  •  əyani təhsil müəssisələrindəhəmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə;

  1. Şəxsiyyət vəsiqəsi;
  2. “Şəhid” statusu barədə sənəd;
  3. Tələbənin doğum haqqında şəhədətnaməsi;
  4. Şəhidin ölüm haqqında şəhədətnaməsi.

 

———————————————————————————————————————

III. “AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏ­QİL­Lİ­YİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OL­MUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitu­si­ya quruluşunun müdafiəsi zamanıəlil olmuşvətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədin surəti;
  4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrun­da həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olun­muş surəti;
  5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edi­lən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti.
  6. Ailə tərkibi haqqında arayış.

 

 

  1. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ  23 YAŞADƏK UŞAQLAR.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

  • valideynlərini itirmiş uşaqlar– hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
  • valideyn himayəsindən məhrum olmuş uşaqlar– hər iki valideyni:

məlum olmayan;

  • valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
  • xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
  • cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
  • uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
  • uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
  • qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
  • Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər– valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti – 2 ədəd;
  4. Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK).
  5. Ailə tərkibi haqqında arayış.

 

 

  1. I VƏ II QRUP ƏLILIYI OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKAN­LA­RI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİL­MƏ­Sİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİSƏRƏNCAMI.

(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura (əsas baza ali tibb təhsili və rezdentura) təhsil səviyyələrində və orta ixti­sas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxs­lə­rin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təh­sil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesa­bı­na ödənilsin.

Tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK).
  4. Ailə tərkibi haqqında arayış.

 

 

 

 

ADPU-nun Quba filialının Sənəd  Qəbulu Komissiyası

 

 

 

Xüsusi qeyd: Tələbə qeydiyyatdan keçdikdən sonra ADPU-da dərslər başlayan zaman ilk dərsə gələrkən e-maillə qeydiyyat üçün göndərdiyi bütün sənədlərin əsillərini Sənəd Qəbulu Komissiyasına təqdim etmək üçün özü ilə gətirməlidir.

 

 

 

 

 

 

 

 

25.09.2020

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?