Quba filialında 2022/2023-cü tədris ilinin başlanması münasibətilə professor-müəllim heyəti ilə görüş keçirilib

17.09.2022
Quba filialında 2022/2023-cü tədris ilinin başlanması münasibətilə professor-müəllim heyəti ilə görüş keçirilib

Tədbirdə filialın direktoru dosent Yusif Alıyev geridə qoyduğumuz tədris ili ərzində filialda həyata keçirdiyi layihələr, yeni açılan ixtisaslar, keyfiyyətin təminatı məsələləri, kafedralarda aparılan elmi tədqiqat işlərinin vəziyyəti, tədris prosesi haqqında şifahi təqdimat edib.

Daha sonra dos.Y.Allyev tədris prosesi zamanı dərslərin keyfiyyəti, bundan əlavə filialda turniketdən istifadə və ümumi daxili intizam qaydaları barədə kollektivi bir daha məlumatlandırıb; onları maraqlandıran sualları cavablandırıb, yeni tədris ilindən və filialın professor-müəllim kollektivindən gözləntilərini bölüşüb.

Filialda müəllim kimi 2022/2023-cü tədris ilindən fəaliyyətə başlayan əməkdaşları təqdim edib, tapşırıqlar verib.

Yeni tədris ilinin başlanması münasibətilə bütün kollektivi təbrik edib, filialın gələcək inkişafı istiqamətində Strateji yol xəritəsinə uyğun qarşıya qoyulan uzunmüddətli hədəflərə çatmaq üçün sağlam ruh, məsuliyyətli davranış arzu edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?