ADPU-nun Quba filialında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda anım tədbiri keçirilib

19.01.2022
ADPU-nun Quba filialında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda anım tədbiri keçirilib

Tədbiri filialın Direktor köməkçisi Mürvət Əliyev açıq elan edib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Mürvət Əliyev: “20 Yanvar günü, tarixi səbəbləri və nəticələri“ haqqında qısa məlumat verib, 20 Yanvar faciəsi adlı videoçarx təqdim edilib.

Daha sonra Filialın direktoru dos. Y.Alıyev “Tarixdən çıxardığımız dərslər” adlı mövzu ilə 20 Yanvar 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının başına gətirilən hadisədən danışıb, bildirib ki, 20 Yanvar Azərbaycan xalqı tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür, məhz həmin hadisələr nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir, və qeyd edib ki, əslində tarixən qəhrəman xalq olduğumuzu xalqımızın 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Zəfərlə bir daha dünyaya sübut etdik.

Daha sonra tədbirdə Filialın Pedaqoji və ictimai fənlər kafedrasının tarix müəllimi Zəminə Qayıbxanova:  “20 Yanvar qurbanları”, Təbiət fənləri və OTM kafedrasının müdiri dosent Güləddin Həmzəyev, Filialın “Tarix coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi, TGT-nın İxtisas sədri Hökməxanım Nuriyeva “Şəhidlər xiyabanı və qırmızı qərənfil”adlı mövzularda çıxış ediblər. Tədbirdə həmçinin Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri səsləndirilib.

Sonda Şəhidlərimizə Uca Allahdan rəhmət dilənib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?