Dosent Yusif Alıyevin filialda 3 illik fəaliyyəti dövrünə həsr edilən videoçarx hazırlanıb

10.09.2022
Dosent Yusif Alıyevin filialda 3 illik fəaliyyəti dövrünə həsr edilən videoçarx hazırlanıb
Qeyd edək ki, videoçarx, filialın kollektivinin təşəbbüsü və Şimal regionunun ən baxımlı kanalı olan Qafqaz Tv-nin köməkliyi ilə ərsəyə gəlib.
Əməyi keçən hər kəsə təşəkkür edirik.
“Təhsil təkcə paytaxtda yox, bölgələrdə də inkişaf etməlidir. Hətta regionların sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq bölgələrdə həmin ərazinin fərdi xüsusiyyətlərinə uyğun ixtisaslaşmalar aparılmalıdır. Təhsil müəssisələri regionun ən nüfuzlu elm, təhsil, mədəniyyət mərkəzi olmalıdır. Bir sıra Qərb ölkələrində şəhərin emblemi ali məktəbin loqosu olaraq götürülür. Bu, həmin regionun həyatında ali təhsilin, təhsil müəssisəsinin necə əhəmiyyətli olduğunu göstərir.
Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edilməsi ilə bağlıdır. 2003-cü ildə təhsilə ayrılan büdcə 220 milyon dollar təşkil edirdisə, 2019-cu ildə bu büdcə 10 dəfə artaraq 2 milyard 300 milyon dollar təşkil edir. Nəticədə, biz dünya təhsil sisteminə sürətlə inteqrasiya edirik. ADPU-nun Quba filialında da tez bir zamanda lazımi tədbirlər görüldü. Region ali təhsil müəssisəsi olaraq biz də dünya təhsil sisteminə inteqrasiya etməyə səy göstəririk. İndi IV sənaye inqilabı dövrüdür. Bu mərhələni hansısa bir ölkə yox, bütünlüklə dünya təhsili, elmi formalaşdırıb. Sözügedən işdə Azərbaycan alimlərinin də müstəsna rolu və xidmətləri vardır. Bizim alimlərimizin məqalələri dəfələrlə dünyanın ən nüfuzlu jurnallarında dərc olunub. Bayaq vurğuladığım, vaxtuilə ölkədən gedən “beyin axınları” indi IV sənaye inqilabının başında duran şəxslərdəndir. Təəssüf ki, biz onların çoxunu tanımırıq. Bu da bizim üçün nöqsan sayılacaq bir işdir. Təhsil cəmiyyətə açıq yeganə sahədir. İradlar deyilməli, nöqsanlar göstərilməlidir. Biz də öz növbəmizdə onları aradan qaldırmaq üçün çalışmalıyıq. Təhsil sahəsində görülən işlər göz qabağındadır. Əlbəttə, təhsil siyasətinin başında güclü iradə olmasa, belə nəticələr qazana bilməzdik.”
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?