ADPU-nun Quba filialı ilə Naxçıvan Dövlət Universiteti arasında yeni əlaqələr yaranır

03.09.2022
ADPU-nun Quba filialı ilə Naxçıvan Dövlət Universiteti arasında yeni əlaqələr yaranır
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Y.Alıyev sentyabr ayının 2-də Naxçıvan Dövlət Universitetində işgüzar səfərdə olub. Qeyd edək ki, NDU son illər təhsil və innovasiya sahəsində, universitetlərarası beynəlxalq əməkdaşlıq layihələri istiqamətində yetərli təcrübə qazanmışdır. Həmçinin ölkənin ərazi və infrastruktur baxımından ən böyük universitetlərindən biri olan NDU-nun ərazisində yeni texnoparkın, böyük idman meydançasının, ixtisaslaşmış tədris korpuslarının tikintisi sürətlə davam edir.
NDU-nun rektoru dosent Elbrus İsayevlə görüşən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev arasında ikitərəfli əməkdaşlıqa zəmin yaradacaq mövzularla bağlı görüş keçirilib
Görüş zamanı hər iki universitet rəhbəri görülmüş işlərdən, yaxın gələcəkdə iki ali təhsil ocağı arasında təcrübə mübadiləsinin həyata keçirilməsindən, əməkdaşlıq layihələrindən söhbət açıblar.
Dosent E.İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti qalob Azərbaycanın təhsil siyasətinə müvafiq olaraq inkişaf edən, Naxçıvan Muxtar Respublikasını güclü kadrlarla, peşəkar mütəxəssislərlə təmin edən geniş profilli kadr hazırlayan ali təhsil müəssisəsidir. Hazırda NDU-da 11 fakültə və 1 mərkəz fəaliyyət göstərir. 63 ixtisas üzrə bakalavr, 76 ixtisaslaşma üzrə magistr, 60 ixtisas üzrə doktorant, 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir. Ümumilikdə universitetdə 8 min nəfərə yaxın tələbə təhsil alır. Tələbələr sırasında 12 ölkədən 1000 nəfərdən çox xarici öyrənci təhsil alır. Hazırda yeni texnoparkın inşası həyata keçirilir ki, bu da gələcəldə təhsil-tədqiqat-sənaye klasterinin uğurlu təcrübəsi olacaq.
Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, NDU beynəlxalq dil sertifikatlaşması sahəsində regionda geniş imkanlara malik təhsil müəssisəsidir. Regionda ingilis dilinin fəaliyyətinə xüsusi dəstək məqsədilə ali təhsil ocağında qurulan IELTS qeydiyyat və imtahan mərkəzinin üstünlükləri və muxtar respublika təhsil sisteminə verəcəyi perspektivlər qeyd olundu. Erasmus-Mundus proqramı əsasında NDU-da tələbə mübadiləsi həyata keçirilir. İndiyədək 100-ə yaxın tələbə bu mübadilə proqramı çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışlar.
Dosent Y.Alıyev də son dövrdə filialda görülən işlərdən söhbət açıb, qeyd edib ki, Quba filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Hazırda filialda 8 struktur bölmə, 1 fakültə və 3 kafedra fəaliyyət göstərir. Son illər ixtisas sayı 10-a, tələbə sayı isə 1100 nəfərə çatdırılıb ki, buna müvafiq olaraq gələcəkdə yeni ixtisaslara uyğun fakültə və kafedraların sayının artırılması nəzərdə tutulub.
Dosent Y. Alıyev filialın əsas vizion və missiyasının pedaqoji kadr hazırlığı olduğunu bildirərək, bu ali təhsil müəssisəsinin bazasında gələcəkdə çoxşaxəli kadr hazırlığı həyata keçirəcək müstəqil region universiteti yaradılmasının hədəf məqsəd olduğunu qeyd etmişdir. Bunun üçün də respublikanın digər aparıcı universitetlərinin təhsil və idarəetmə təcrübəsini öyrənməyin filial üçün vacib olduğunu söyləyərək, bu görüşün əhəmiyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin gələcək əlaqələr müzakirə olunub. Sonda isə Naxçıvan Dövlət Universitetinin geniş və müasir infrastrukturlu ərazisi, tədris binaları və maddi-texniki imkanları ilə tanışlıq həyata keçirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?