Təhsilə göstərilən dövlət qayğısı gələcəyimizin milli sərmayəsidir

15.10.2024
Təhsilə göstərilən dövlət qayğısı gələcəyimizin milli sərmayəsidir

Professor Cəfər Cəfərov: təhsilə göstərilən dövlət qayğısı gələcəyimizin milli sərmayəsidir

Azərbaycan Dövlət Pedaqoji Universiteti elm və təhsil sahəsində qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirmək üçün böyük səylər göstərir. Quba filialının ev sahibliyi ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi konfrans gələcək perspektivlər baxımından mühüm hadisədir. Gözlə görünəcək böyük uğurlar əldə edirik. Təhsilimizin inkişafı regionlarımızda da tarixi missiyalar olaraq yerinə yetirilir. Bu prosesdə universitetimizin Quba filialı özünəməxsus fəallığı ilə seçilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bu fikirləri sözügedən konfransın rəsmi açılış mərasimindəki çıxışında ifadə edib.

Təhsilə göstərilən dövlət qayğısını gələcəyimizin milli sərmayəsi kimi dəyərləndirən, professor Cəfər Cəfərov əminliklə bildirib ki, keçirilən konfrans gələcək uğurlara böyük töhfələr yaradacaq, beynəlxalq əlaqələrin daha da genişlənməsinə öz təsirini göstərəcək.

Xatırladaq ki, konfrans çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Bişkek Musiqi Pedaqoji İnstitutu (Qırğızıstan) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru, professor Ulanbek Mambetakunov imzaları ilə təsdiqlədikləri sənədin əhəmiyyətini yüksək dəyərləndirərək bu sahədə əməkdaşlığı Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına növbəti töhfə olduğunu ifadə ediblər.

İmzalanma mərasimində Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə və ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, eləcə də filialın struktur rəhbərləri iştirak ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?