“Türk Dövlətlərinin Təşkilatı” mövzusunda mühazirə

15.10.2024
“Türk Dövlətlərinin Təşkilatı” mövzusunda mühazirə

ADPU-nun Quba filialının müəllimi Volqoqrad tələbələrinə “Türk Dövlətlərinin Təşkilatı” mövzusunda mühazirə oxuyub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı Rusiya Federasiyası Volqoqrad Dövlət Universiteti və İctimai Diplomatiya Mərkəzi ilə birgə “Beynəlxalq münasibətlər” ixtisasının tələbələri üçün “Türk Dövlətləri Təşkilatı” mövzusunda mühazirə təşkil edib.

Mühazirə ADPU-nun Quba filialının Humanitar elmlər kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Əliyeva Təhminə Yasin qızı tərəfindən hazırlanıb və təqdim edilib.

Mühazirədə türk ölkələri arasında əməkdaşlıqdan, inteqrasiyanın dərinləşməsinə yönəlmiş beynəlxalq əhəmiyyətli layihələrin Avrasiya üçün oynadığı tarixi roldan danışılıb.

Müəllim elmi və məntiqi mülahizələrlə əsaslandırıb ki, Türk Dövlətləri Təşkilatının təşəkkülü Avrasiyada qarşılıqlı səmərəli siyasi və iqtisadi əlaqələrin genişlənməsi üçün böyük fürsətlər yaradır və region ölkələrinə kompleks inkişaf vəd edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?