8 noyabr 2023-cü il tarixində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba “ASAN Xidmət” Mərkəzinin qarşısında 8 Noyabr Zəfər Günü münasibətilə təşkil edilən sərgidə Filialın adına da guşə yaradılıb. Guşədə Filialın kitabxana fonduna daxil olan qiymətli kitab və jurnallar da nümayiş olunub. Kitab sərgisini Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov Millət vəkili Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq – mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti ilə birlikdə ziyarət edib, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva hörmətli cənab Başçıya Filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü və dəstəyi ilə zənginləşən 22 minlik kitab fondu və sərgidə nümayiş etdirilən kitablar haqqında məlumat verib.
Bayramımız mübarək!