8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan tədbir keçirildi

8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan tədbir keçirildi

Bu gün ADPU Quba filialında 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ADPU Quba filialının direktoru Yusif Alıyev, tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, Pedaqoji fakültənin dekanı Qələmşah İdrisov və xanım əməkdaşlar iştirak ediblər.

Filialın Heydər Əliyev adına ayditoriyasında keçirilən tədbir direktor Yusif Alıyevin çıxışı ilə başlanıb və karantin qaydalarına görə, say çoxluğu nəzərə alınaraq kollektivin iştirak edə bilməyən bütün xanım əməkdaşları üçün canlı yayımlanıb. Direktor filial tarixində ilk dəfə yeni təmirdən çıxmış zalda kollektiv görüş keçirildiyini, bunun simvolik məna daşıdığını xatırladıb. Daha sonra dilimizdə “xanım” sözünün daşıdığı məna və etimologiyası, Beynəlxalq Qadınlar gününün mənşəyi, Azərbaycan tarixində mühüm rol oynayan qadınlar barədə məlumat verilib. Həmçinin filialda adlı təqaaüdlərdən birinin Kübra Fərəcovanın adını daşıması, bu şəxsin fəaliyyəti barədə danışılıb. Kübra Fərəcovanın doğum və anım günlərinə həsr olunan tədbirlərin təşkili istiqamətində tapşırıq verilib. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə filialın bütün xanım əməkdaşlarının hesabına 50 manat dəyərində mükafat köçürüldüyü açıqlanıb. Dədə Qorqud dastanındakı qadın obrazları, ölkəmizin qəhrəmanlıq tarixinin xanım simaları, K. Fərəcova, Z. Əliyeva, M. Əliyeva barədə qeydlər edilib. Onların fəaliyyətinə nəzər salınıb.

Filialın tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov Şərqdən gələn mənəvi dəyərləri xatırladıb və qadınların da onlardan biri olduğunu deyib. Bütün xanımlara xoş günlər arzulayıb.

Pedaqoji fakültənin dekanı Qələmşah İdrisov da çıxışında bütün xanım əməkdaşları təbrik edib. Şərq aləmində qadına böyük dəyər verildiyini vurğulayıb. Qadınlara xoşbəxtlik arzulayıb və onlara həsr etdiyi şeirini səsləndirib.

Daha sonra filialın əməkdaşları Şəlalə Xəliova, İlahə Orucova, Vəfa Bayramova, Sevinc Mikayılova, Xəyalə Qədməliyeva, Hökümə Müzəffərova, Fəridə Xəlilova, Pərvanə Rzayeva sertifikatla tətif olunublar.

Tədbir kollektivin qadın üzvlərinin çıxışı ilə davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?