31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş intellektual yarış keçirilib.

31 Mart  – Azərbaycanlıların Soyqırımı  Gününə həsr olunmuş intellektual yarış keçirilib.

Martın 31- də ADPU – nun Quba filialının tələbələrindən ibarət komandalar arasında intellektual yarış keçirilib. Yarış Azərbaycan xalqının qan yaddaşı tarixlərindən biri olan 31 Mart Soyqırımı Gününə həsr olunub.
Yarışın təşkilatçılığını filialın TGT sədr müavini Əhməd Əliyev, İOK sədri Elxan Ələskərov və İOK sədr müavini Şəbnəm Abdullayeva edib. Yarışda 8 komanda iştirak edib. Qalib komandaların təltif edilməsi “ZOOM” platforması üzərindən baş tutub , bu zaman filialın direktor müavini Aysel Şeydayeva və tələbə gənclər iştirak ediblər. Çıxış edənlər 31 Mart Soyqırımı Günü ilə əlaqədar dərin hüznlərini çatdırıblar və Uca Allahdan şəhidlərimizə rəhmət diləyiblər. Bundan əlavə oyunla bağlı fikirlər səsləndirilib. Sonra filialın TGT sədr müavini Əhməd Əliyev qalib komandaların adlarını açıqlayıb, qalibləri təbrik edib. 1- ci yerin sahibi olan ” QARABAĞ” komandasının kapitanı Lalə Cabbarova çıxış edərək pandemiya şəraitində gənclərin intellektual inkişafı üçün yaradılan şəraitə görə dos. Yusif Alıyevə təşəkkür edib və bu cür oyunların davamlı olmasını diləyib.
QEYD:
1- ci yer ” QARABAĞ” komandası – 10 xal ( reytinq xalı 50) , komandanın kapitanı Lalə Cabbarova. Komanda üzvləri Günel Əmirağayeva, Hicran Salahova, Leyla Məmmədova, Qurbanlı Nərmin.

2- ci yer ” İSTİQLAL” komandası – 8 xal (reytinq xalı 42), komandanın kapitanı Mahir Məmmədsalahov.

3- cü yer “MİRACLE-419” komandası- 7 xal ( reytinq xalı 38) , komandanın kapitanı Həzrət Hacıyev.

4- cü yer ” POZİTİV BEYİNLƏR” komandası – 6 xal  ( reytinq xalı 34) , komandanın kapitanı Elva Ağamirzəyeva.

5- ci yer ” SİRİUS” komandası- 4 xal ( reytinq xalı 26), komandanın kapitanı Məhəmməd Hacıbalayev.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?