30 illik tarixdə ən böyük qürurumuz tələbələrimizdir

01.12.2021
30 illik tarixdə ən böyük qürurumuz tələbələrimizdir

Sızlar yada düşəndə

Ürəyimin telləri

O mehriban, o əziz

Tələbəlik illəri

Tələbə olmaq, tələbəlik illərini yaşamaq  insan ömrünün  əvəzedilməz, yaddaşlardan silinməz dövrüdür. Bu misralarda əks olunduğu kimi təhsil aldığımız dövrün ömür pilləsində məqsədini, məramını, qətiyyətini bərqərar edən tələbəlik illərimizi hər birimiz xatırlayırıq… Ancaq sevindirici haldır ki, qismətimizə həm də tələbələrlə birlikdə həyatın növbəti pillələrində addımlamaq da düşüb.Fikir söyləyəcəyimiz bütün mövzuların mənfi və müsbət cəhətləri haqqında araşdırma aparırıq, hazırda qarşımızda həyata hazırlamağa çalışdığımız gənclər isə öz heç bir araşdırmasız, fərqsiz , müqayisəsiz  Azərbaycan gəncliyinin parlaq nümunələridir.Fəxr edirik ki, istər məzunlarımız, istər tələbələrimiz hər birimiz birlikdə  böyük Müəllim ordusunun üzvləriyik.Tədrisdə göstərdikləri nəaliyyətləri, xarakter xüsusiyyətləri, ictimai fəallıqları, bütünlükdə şəxsiyyətləri ilə onların hər biri başımızın tacıdır.Biz onlarla fəxr edirik, inanırıq və çalışırıq ki, onlar da bizlərlə fəxr edir!

Yeni mərhələnin başlanğıcında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı fəaliyyətini elə tələblər əsasında qurur ki, hazırladığı kadrlar dövlətə, dövlətçiliyə bağlı, tədqiqatçılıq qabiliyyətli, yaradıcı və innovativ şəxsiyyətlər olmaqla cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsində müəyyən rola sahib olsunlar. Filialda  tədris və təlim fəaliyyəti ilə yanaşı tərbiyə işinin düzgün qurulması, həmçinin  gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda dövlətə sədaqət, vətənə məhəbbət hisslərinin gücləndirilməsi yönündə tədbirlərin də keçirilməsi, kadr islahatlarının həyata keçirilməsi, rəhbərlik tərəfindən təkmilləşdirilmiş, idarəetmənin tətbiq edilməsi hazırda onu əminliklə deməyə əsas verir ki, tutduğumuz yol doğru yoldur, bu yolda əlldə edəcəklərimiz tələbələrin tədris göstəricilərində və şəxsi keyfiyyətlərində inkişafın dinamikası ilə nəticələnəcəkdir.
Tərbiyə  prosesinin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə  filialda  bir sıra mühüm işlər görülür. Bu sahədə öz əksini tapan məsələlər  əsasən müəyyən ardıcıllıqla həyata keçirilir və planda müvafiq ilin tədbirləri, əlamətdar hadisələri, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından, Təhsil Nazirliyinin, ADPU-nun rektoru professor Cəfər Cəfərovun, filialın direktoru dos.Yusif Alıyevin müvafiq qərarlarından, təşəbbüslərindən, həmçinin tələbələrdən aldığımız təkliflərdən irəli gələn tədbirlər həyata keçirilir.
Filialda tələbələrin yüksək tədris göstəriciləri, açıq dərslərdə göstərdikləri pedaqoji ustalıq, müəllimlik fəaliyyətlərinə atılan ilk addımlardandır. Filialda təkcə elə 2020/2021-ci tədris ilinin nəticələrinə əsasən tədris göstəriciləri yüksək olan tələbələrimiz, filial 500-dən yuxarı bal toplayaraq seçən tələbələrimiz də yetəri qədərdir.

Filialda rəhbərliyin təşəbbüsü ilə Adlı təqaüdlərin də təsis edilməsi tələbələrin tədrisdə faəllığının artmasına səbəb olur.Təqaüdlər ümumi tədris göstəriciləri ən yüksək olan tələbələrə semestrdə bir dəfə olmaqla verilir. 2020/2021-ci tədris ilinin ilk semestrinin tədris göstəricilərinə əsasən adları aşağıda qeyd edilən tələbələr Adlı təqaüdlərə layiq görülüb:

  1. Şərifov Murad Fizuli – Heydər Əliyev adına ali adlı təqaüd
  2. Zahirov Azər Tahir -Fətəli xan adına adlı təqaüd
  3. İskəndərova Türkan İskəndər- Badisəba xanım Köçərli adına adlı təqaüd
  4. Rzayeva Aytac Ağamehdi -Kübra Fərəcova adına adlı təqaüd
  5. Səfixanov Elşən -Nadir İbrahimov adına adlı təqaüd
  6. Mahmudova Məhsəti Valeh- Səməd Vurğun adına adlı təqaüd
  7. Məmmədova Gülər Arif-A.Bakıxanov adına adlı təqaüd

Bundan əlavə tələbələrimizin magistraturaya qəbulu ilə bağlı da böyük qürur hissi ilə söyləyə bilərik ki, bu il yenə də nəticələrimizlə rekord qırdıq. ADPU-nun Quba filialının 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş MƏZUNLARIN sayı 15 nəfərə yüksəldi.

Məzunlarımızın magistratura pilləsinə qəbul nəticələri ilə region alin təhsil müəssisəsi olaraq çox öyünür və qürur duyuruq. Çünki biz bu uğurlu nəticələri əldə etmək üçün digərlərindən daha çox zəhmət çəkmişik. Gərgin əmək, yorulmaz zəhmət sayəsində qazanılan uğurlarımızdan biridir bu uğurumuz.

İlk dəfə olaraq tələbəmiz sırasından xarici universitetə qəbul qazandıq. Belə ki, Rzayeva Aytac qardaş Türkiyənin Kütahya Dumlupınar Universitetinə daxil oldu.

Təhsil sferası ilə az-çox tanış olan hər kəs bilir ki, bu il magistraturaya qəbulda rəqabət kəskin olduğuna görə qəbul balları da nəzərəçarpacaq dərəcədə qalxmışdı. Bu rəqabətdə iştirak edən 24 nəfər məzunumuzdan 14 nəfərin uğur qazanması (58%) bizim üçün böyük uğurdur.

Belə ki, məzunlarımızdan 4 nəfər Bakı Dövlət Universitetinin, 2 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 2 nəfər Xəzər Universitetinin, 2 nəfər Azərbaycan Universitetinin, 1 nəfər Azərbaycan Dillər Universitetinin, 1 nəfər Bakı Slavyan Universitetinin, 1 nəfər Gəncə Dövlət Universitetinin, 1 nəfər Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinə qəbul olmuşdur. Tələbələrimiz, məzunlarımız gələcəkdə həm də bizim həmkar yoldaşlarımız kimi fəaliyyətə başlayır. Ən qürurverici nümunə isə Vətən müharibəsi iştirakçısı olan məzunumuzun filialda işlə təmin edilməsidir.ADPU-nun Quba filialının “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə 2020-ci il məzunu, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi İsmət Əhmədov filialın Pedaqoji və ictimai fənlər kafedrasında 2021/2022-ci tədris ilində müəllim kimi fəaliyyətə başlayıb.

Filialda tələbə gənclərin fəallığının təmin edilməsi məqsədi ilə də işlər artan dinamika ilə inkişaf edir, bu sahədə yaradılan klubların fəaliyyəti də gündən-günə artmaqdadır.

  1. Face to Face Psixologiya klubu,
  2. TALANT İncəsənət (ART) klubu
  3. Dil Öyrənmə Klubu
  4. Nadir İbrahimov adına Layihələr və “Start up” klubu
  5. Kübrə Fərəcova adına “İdman və Sağlamlıq” Klubu
  6. Fətəli xan adına “Disput və Debat” Klubu
  7. Universitetlərarası Tələbə Əməkdaşlığı Birliyi
  8. Tolerantlıq və Multikulturlaizm Klubu
  9. İntellektual Oyunlar Klubu “İOK”
  10. Vətənpərvərlik Klubu
  11. XƏMSƏ kitab klubu

Bundan əlavə filialda fəaliyyət göstərən  fəal tələbə təşkilatlarının TEC, TGT, YAP GB,  THİK –nın arasında əməkdaşlığın nizama salınması məqsədi ilə yaradılan Tələbə Koordinasiya Şurasının, akademik Azad Nəbiyev adına” Bilgə ocağı”nın yaradılması ilə filial yeni mərhələyə artıq uğurlu addımlarını atmışdır.Artıq ictimai fəallıqda fərqlənən tələbələrimiz özləri müstəqil olaraq sıralarımıza yenicə qoşulan gənclərin hərtərəfli şəxsiyyət kimi inkişafı üçün yollar açır.

Təbii ki, bütün bu qeyd etdiklərimiz filialda görülən işlərin bir qismidir.
Əziz və dəyərli gənclər, bizlər-istər rəhbərlik, istərsə də bütün kollektiv əslində sizlərə bütün bu etdiyimiz işlərlə aşağıdakıları təqdim etməyə çalışırıq:

– Tədris, təlim və tərbiyə prosesinin müasir tələblərə uyğun qurulması
– Keyfiyyətli təhsil
– Yüksək tədris göstəricilərinə sahib gənclərə yaradılan güzəştlər
– Gənclərin asudə vaxtının səmərəli təşkili üçün klub və dərnəklərin fəaliyyəti
– Gənclərin elmi və şəxsi inkişafına dəstək layihələri
– Tələbə nailiyyətlərinin obyektiv  qiymətləndirilməsi
– Müəllim –tələbə əməkdaşlığı
– Təhsil-tərbiyə prosesinin təşkilində peşəkarlıq
– Müəllim və tələbələrə humanist münasibət

ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini. Aysel Şeydayeva

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?