30 dekabr 2023-cü il tarixində ADPU-nun Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

30 dekabr 2023-cü il tarixində ADPU-nun Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

Elmi Şuranın sədri, dosent Yusif Alıyev iclası giriş sözü ilə açaraq Elmi Şuranın üzvlərini və dəvət olunan əməkdaşları salamladı və bildirdi ki, iclasın gündəliyinə ”2023/2024-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, Keyfiyyətin təminatı şöbəsinin hesabatı” və cari məsələlər daxildir.

Dos.Yusif Alıyev gündəlikdə duran məsələləri qeyd edərkən həm də filialda professor və müəllim heyətinin, əməkdaşların sosial təminatı üçün atılmış addımlardan, bayramqabağı yazılan mükafatdan, filialın qarşıya qoyduğu hədəflərin böyüklüyündən ətraflı bəhs edib.Bildirib ki, filialın gələcək inkişafı bu gün qarşımızdakı məqsədlərə nə dərəcədə çatmağımızdan asılıdır.

”2023/2024-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məsələ ilə bağlı Monitorinq və qiymətləndirmə üzrə baş mütəxəssis Elnarə Musayeva bildirdi ki, payız semestrində qüvvədə olan tədris planları və müvafiq Əsasnamələr əsas götürülmüşdür.İmtahanla bağlı daxili əmr verilmiş, həmin əmrdə sessiyanın müddəti, İmtahan qərargahının, Apellyasiya komissiyasının, nəzarətçilərin, imtahanların formatı və keçirilməsi qaydaları, imtahan suallarının hazırlanmasında fənn proqramları və sillabusların əsas götürülməsi ilə bağlı müddəalar öz əksini tapmışdır.Kafedraların hər biri imtahan suallarının müzakirə etmiş və imtahan biletləri təsdiq olunmuş suallar əsasında tərtib olunmuş, çap olunaraq müəllimlər tərəfindən imzalanmışdır. Qeyd edilib ki, İmtahan qərargahının sədri b/m Yusif Abayev, Apellyasiya komissiyasının sədri isə b/m Nubar Bayramova təyin edilmişdir.

Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva məsələ ilə bağlı çıxış edərək bildirdi ki, Professor-müəllim heyətinin nəzərinə çatdırmaq məqsədilə kafedralara təlimat və reytinq cədvəli göndərilib. Müəllimlər reytinq cədvəllərini və sənədləri 30 noyabr tarixinədək elektron formada KT şöbəsinə təhvil vermişdir. Sənədlər tam şəkildə toplandıqdan sonra dekabrın 1-dən 3-dək ADPU tərəfindən KT şöbəsinə verilən link vasitəsilə müəllimlərin balları sistemə yerləşdirilmişdir. Reytinq prosesinin bitməsinə baxmayaraq bu gün biz Reytinqin son nəticələrini qeyd edə bilmirik. Çünki digər hallara daxil edilən sənədlərə ADPU-da Rektor yanında Keyfiyyət Komissiyasında müzakirə olunacaq və yekun qərar veriləcək. Akreditasiyaya hazırlıqla əlaqədar Keyfiyyət komissiyasının yaradılması müzakirə olundu və aparılan sorğuların ilkin nəticələri təqdim edildi.

Elmi şurada həm də filialın bir qrup əməkdaşı ADPU-nun Quba filialında əmək fəaliyyətinin icrasındakı peşəkar davranışına və əməkdaşlar arasındakı sağlam mühitin qorunmasındakı nümunəvi xidmətlərinə görə və

31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təltif edilib.

Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilmişdir. Sonda sədr dosent Yusif Alıyev Elmi Şuranın iclasında qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini vermişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?