Təbrik edir və qürur duyuruq

10.05.2021
Təbrik edir və qürur duyuruq

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və “ASAN Könüllülük Məktəbi”nin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Heydər Əliyev – 98” adlı turnirin ikinci yarımfinal görüşü baş tutub!

Yarımfinalın ikinci oyununda “Assassin’s creed”, “Crazy Boys”, “E Team”, “Sabah” komandaları finala çıxmaq uğrunda mübarizə aparıb.
Qeyd edək ki, “E Team” və “Assassin’s creed” komandaları finala vəsiqə qazanıb.Finalda isə filialın “Assassin’s creed” komandası qalib olub.
Yarışda  ADPU-Quba filalının tələbələri NƏCƏFOV SƏYYAD, Əskərov Elxan, Hacıyev Həzrət, Babayev Ələkbər və ADPU-nun Quba filialının məzunu İsbatov Rüfət “Assassin’s creed” komandası adı altında çıxış ediblər. Final gərgin oyun şəraitində keçib. Sonda qalib komada olaraq 6401 xalla birinci yerə çıxaraq Diplom, medal, və kubokla təltif olunublar.
Tələbələrimizi filialın direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından təbrik edir, onlara uğurlarının davamlı olmasını arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?