30 dekabr 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.

05.01.2023
30 dekabr 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.
İclasda ADPU-nun Quba filialının 25 nəfər Elmi Şura üzvündən 21 nəfəri və dəvət olunmuş filialın professor- müəllim heyəti və əməkdaşları iştirak edib. Elmi Şuranın sədri, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev Elmi Şuranın iclasını giriş sözü ilə açaraq iclas iştirakçılarını salamladı və qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2023-cü il münasibətilə təbrik etdi. Sonra Elmi Şuranın sədri 2022-ci ildə filialda görülən işlər və qarşıdakı hədəflər haqqında danışaraq qeyd edib ki, yola saldığımız il filialda inkişaf ili kimi qiymətləndirilə bilər. Daha sonra filial direktoru əməkdaşlar üçün sevindirici məlumatı qeyd edərək bildirdi ki, filial Elmi Şurasının qərarı ilə filial əməkdaşlarına 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə pul mükafatları yazılıb, əməkhaqları 2023-cü il yanvarın 1-dən 10% artırılıb.
Sonra gündəlikdə duran birinci məsələ “2022/2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” Tədris şöbəsinin müdiri Mələk Bağırova məruzə ilə çıxış edərək bildirib ki, 5 yanvar 2023-cü il tarixindən tələbələrin payız imtahan sessiyasına start veriləcək. O, qeyd edib ki, imtahanların təşkili üçün bütün zəruri hazırlıq işləri görülmüş, imtahanlarda şəffaflığın və operativliyin təmin edilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərəcək, İctimai Şuranın üzvləri imtahan prosesini izləyəcək.
Elmi Şuranın gündəliyində duran ikinci məsələ “Riyaziyyat və təbiət elmləri fakültəsinin fəaliyyəti haqqında” Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini b/m Nübar Bayramova məruzə ilə çıxış edərək bildirib ki, Riyaziyyat və təbiət elmləri fakültəsi özündə iki kafedranı birləşdirir, Riyaziyyat və informatika kafedrası və Təbiət elmləri kafedrası. Fakültədə 4 ixtisas olmaqla (Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi
Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi), ümumilikdə 347 tələbə təhsil alır. ADPU Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinə 2022/2023– cü tədris ilində iki ixtisas üzrə 69 nəfər tələbə qəbul olunmuşdur. I tədris ilinə qəbul olmuş tələbələrin qruplaşdırılması və kodlaşdırılması aparılmış, qrup nümayəndələri, müavinləri və kuratorları təyin edilmiş və əmrləşdirilmişdir. Tədris planlarına uyğun olaraq fakütənin hər bir ixtisasın bütün kurslarında dərslər dekabr ayının 29–dək başa çatdırılmışdır. Payız imtahan sessiyasına çıxarılan fənlərin siyahısı tədris planlarına əsasən müəyyənləşdirilmiş, elanlar lövhəsindən asılmışdır. Bundan əlavə fakültənin tələbələri həm filial, həm də ümumrayon tədbirlərində fəal iştirak edirlər. Filialda Riyaziyyat aylığının keçirilməsi ilə əlaqədar dekabr ayının 26-da Riyaziyyat gecəsi keçirilmişdir.
Gündəlikdə duran üçüncü məsələ “Keyfiyyətin təminatı şöbəsinin hesabatı” KTŞ-nin müdiri Pərvanə Rzayeva məlumat verərək bildirib ki, 2022/2023-cü tədris ilinin I yarısında şöbədə aşağıdakı işlər görülmüşdür: Proqram təminatı ilə bağlı kafedralardan məlumatların toplanması və təhlili; Filialın keyfiyyət siyasəti sənədinin hazırlanması və ictimaiyyətə təqdim olunması; Tələbə dəstək xidmətlərinin vəziyyətinə dair tələbələrlə sorğusunun keçirilməsi və nəticələrinin təhlil olunması; Fənlərin qiymətləndirilməsi sorğusu keçirilib və nəticələr təhlil olunub; Professor-müəllim heyətinin Reytinq qiymətləndirilməsi həyata keçirilib. Bundan başqa tələbələr arasında filialın bütün fəaliyyət sahələrini əhatə edən sorğular keçirilmişdir. Sorğuda 346 tələbə iştirak etmişdir.
Daha sonra cari məsələlərin müzakirəsinə keçilib.Cari məsələlərdə filialın bir qrup əməkdaşı 1.Əliyev Mürvət Cavid oğlu
2. Əhmədov Elbrus Həmid oğlu
3.Musayev Hikmət Oqtay oğlu
4.Bayramova Nübar İsmayıl qızı
5.Əliyeva Elmira Əyyub qızı
6.Süleymanov Nurbala Əzizağa oğlu
7.Məmmədov İmamverdi Cəfər oğlu
2022-ci il ərzində filialdakı uğurlu ictimai və pedaqoji fəaliyyətinə, həm də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə filialın direktoru tərəfindən Fəxri fərmanla təltif edilib.Sonda məruzələr Şura üzvləri tərəfindən müsbət qiymətləndirilib və təkliflər qəbul olunub.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?