21 Fevral Beynəlxalq Ana Dili Günü

22.02.2022
21 Fevral Beynəlxalq Ana Dili Günü

21.02.2021-ci il tarixində “21 Fevral Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar  olaraq  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının    Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin, filialın Kitabxana və elektron resurslar şöbəsinin təşəbbüsü və birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin Ana dilinə sonsuz sevgisi” mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Sumqayıt, Şabran, Yasamal, Hacıqabul, Zərdab, Oğuz, Qax, Qusar, Ağdaş, Cəlilabad, Lerik və s. )Samux MKS-in və filiallarının, ADPU Quba filialının müəllim və tələbələrinin və digər müəssisə və təşkilatların istiraki ilə onlayn konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bu günün əhəmiyyətindən minilliklər boyunca keçdiyi çətin tarixi proseslərdən şah İsmayıl dövründə Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə qaldırılmasından, günümüzə dövlət səviyyəsində dilimizə olan uca sayğıdan bəhs etdi. Bildirdi ki, bu dil yalnız bu günkü müstəqil Azərbaycanda yaşayan Azərbaycanlılarin deyil eyni zamanda Azərbaycanın güneyində yaşayan milyonlarla soydaşımızın dilidir, bu dil Gürcüstanda, Dərbənddə, Kərkükdə kompakt halda yaşayan soydaşlarımızın, xarici ölkələrdə yaşayan həmvətənlərimizin dilidir.

Çıxış üçün ilk söz alan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Aliyev Azərbaycan dilinin tarixi kökləri, onun mahiyyəti, yaşadılması üçün xalqın verdiyi mücadilə tarixindən dolğun şəkildə tədbir iştirakçılarına məlumat verdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə dilimizin qorunması üçün qəbul etdiyi dövlət səviyyəli sənədlərin əhəmiyyətinin vacibliyindən, öz doğma dilinə qarşı olan sonsuz sevgisindən və hər addımında buna örnək olmasının bu gün və sabahkı nəsillər üçün örnək qoyub getdiyindən söz açdı.

Azərbaycan dilinin qorunması uğrunda öz qələmi,əqidəsi ilə mübarizə aparmış böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin adını daşıyan Cəlil Məmmədquluzadə adına ev muzeyinin bələdçisi Yeganə Məhərrəmova ədibin dilimizin qorunması uğrunda apardığı mübarizədən, özündən sonrakı nəsillərə miras qoyduğu qiymətli əsərlərindən danışdı. , Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Hacıqabul Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Samux MKS-nin direktoru Telli Nəsibova və digər iştirakçılar Azərbaycan dili və ulu öndər Heydər Əliyevin, mütəfəkkirlərin  misilsiz xidmətlərindən danışdılar.

Sonda dilimizin qorunmasında əməli, əqidəsi ilə daim mübarizə aparmış bütün mətəfəkkirlərin, dövlət və elm xadimlərinin əziz xatirəsi yad edildi. ADPU Quba filialının tələbələrinin hazırladıqları Dilimizin gözəlliyindən, incəliyindən bəhs edən  videoçarx izləndi və Kərkükdə yaşayan soydaşlarımıza məxsus bayatılarından “Şirin dil” xalq mahnımız səsləndirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?