2021-2022-ci illər üçün Latviyada Təhsil Təqaüd Proqramı (HTP) davam edir

2021-2022-ci illər üçün Latviyada Təhsil Təqaüd Proqramı (HTP) davam edir

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramını yenidən elan edib.

Latviyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP)–2021-2022 çərçivəsində bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təhsil almaq mümkündür. Tədris ingilis və ya latış dillərində həyata keçirilir. Proqrama qəbul ediləcək təhsilalanlar üçün bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500, doktorantura üzrə isə aylıq 670 avro təqaüd təmin ediləcək. Səyahət və sığorta xərcləri, təhsil haqqı isə  namizədlərin özləri tərəfindən qarşılanacaq.

Sənədlər:

Proqrama son müraciət tarixi 01.04.2021-dir. Müraciət üçün aşağıdakı sənədlərin ingilis dilində təqdim edilməsi tələb olunur:

– Qəbul məktubu (Latviya ATM-lərindən birindən);

– CV (tərcümeyi-hal);

– Təhsil sənədlərinin və qiymət cədvəllərinin təsdiqlənmiş surətləri;

– Motivasiya məktubu;

– 2 ədəd tövsiyə məktubu (imza və möhürlü);

– Təqaüd verilən müddət üçün tədris planı;

– Xarici dil sertifikatının təsdiqlənmiş surəti;

– Ümumvətəndaş pasportunun surəti.

Nə etməli?

Müsabiqədə iştirak etmək arzusunda olan tələbələr öncə aprelin 1-dək Latviya elektron ərizə sistemi doldurulub təsdiqləməlidirlər: https://scholarships.viaa.gov.lv/en/login

Daha sonra isə həmin tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemini tamamlayıb təsdiqləməlidirlər: https://www.app.htp.edu.az/

Diqqət:

2021/22-ci tədris ili üzrə Latviya təqaüd proqramına layiq görüləcək şəxslər sırasından yalnız Təhsil Nazirliyinin elektron ərizə sistemini tamamlayanların adları Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısına daxil ediləcək. Bunu nəzərə alaraq, Lativya tərəfinə edilmiş müraciətlərlə yanaşı, Azərbaycan Respublikasım Təhsil Nazirliyinin elektron ərizə sistemi üzrə də müraciətlərin təsdiqlənməsi xahiş olunur.

İxtisas və universitetlər barədə link vasitəsilə tanış ola bilərsiniz.

Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Əlaqə vasitələri:

Azərbaycan tərəfdən: htpinfo@edu.gov.az

Latviya tərəfdən:

– Mrs. Marika Pira (DTİA-nın əməkdaşı)

Tel: + 371 67814331, e-mail: scholarships@viaa.gov.lv

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?