TƏBRİK EDİRİK !

04.07.2024
TƏBRİK EDİRİK !

14 iyun 2024-cü il tarixində ADPU-nun nəzdində fəaliyyət göstərən FD 2.15 Dissertasiya Şurasının növbəti iclası keçirilib. İclasda ADPU-nun Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri, Humanitar elmlər kafedrasının baş müəllimi Pərvanə Rzayeva fəlsəfə doktorluğu proqramı üzrə pedaqogika elm sahəsi üzrə dissertaaiya işi müdafiə edib.

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi (5804.01) indeksi üzrə “Şərq qadını jurnalında tərbiyə məsələləri” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, rəsmi opponentlər pedaqogika elmləri doktoru, professor Akif Abbasov, pedaqogika elmləri doktoru, professor Şəhla Əliyeva, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Bəşirov olmuşdur.

İddiaçının dissertasiya işi ilə bağlı uğurlu təqdimatından sonra opponentlər çıxış edərək işin müsbət tərəflərini, irad və təkliflərini söylədilər. Daha sonra iddiaçı şura üzvlərinin və iştirakçıların suallarını cavablandırdı. Sonda çıxış edən professor Fərrux Rüstəmov, professor İramin İsayev, professor Əbülfət Pələngov, professor İntiqam Cəbrayəlov və başqaları çıxış edərək yerinə yetirilmiş dissertasiya işi ilə bağlı öz müsbət fikirlərini söyləmişlər.

Dissertasiya işini uğurla müdafiə etməsi münasibətilə Pərvanə Rzayevanı ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından səmimi qəlbdən təbrik edir, başarılarının davamlı olmasını arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?