18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18.04.2024
18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 1918-ci il Quba rayonunda soyqırımların baş verdiyi tarixi məkanlar – abidələr haqqında xəritə – məlumat kitabçasının təqdimat mərasimi keçirilmişdir.

Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” tərəfindən hazırlanmış məlumat kitabçasında 1918-ci il soyqırımlarının baş verdiyi tarixi məkanlar – Tağlı körpü, Günbəzli hamam, Cümə məscidi, Qanlı dərə, Subaba türbəsi, Naməlum türk əsgərinin məzarlığı haqqında məlumat verilmişdir. Kitabça iki dildə (Azərbaycan və ingilis dillərində) nəşr olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilmiş xəritə – məlumat kitabçanın təqdimat mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dos. Yusif Alıyev və kollektivi iştirak etmişdir.

🇬🇧 On April 18, in commemoration of the International Day of Monuments and Historical Sites, a presentation ceremony was organized at the Guba branch of Azerbaijan State Pedagogical University, unveiling a map-information booklet highlighting significant historical landmarks.

Prepared by the “Genocide Memorial Complex” in Guba, the booklet sheds light on sites associated with the 1918 genocides, including the Arched Bridge, Dome Bath, Juma Mosque, Bloody Valley, Subaba Tomb, and Tomb of the Unknown Turkish Soldier. This informative publication is available in both Azerbaijani and English languages.

The event saw the participation of University Rector, Yusif Aliyev, and his team, underscoring the importance of preserving and promoting awareness of our historical heritage.

🇸🇦

بمناسبة اليوم العالمي للآثار والأماكن التاريخية في 18 أبريل من عام 1918، أُقيمت مراسم تقديم دليل معلوماتي على الخريطة حول المواقع التاريخية – الآثار حيث وقعت عمليات الإبادة في منطقة قوبا.

في مدينة قوبا، قدم دليل المعلومات الخاص بـ “مجمع تذكاري للإبادة الجماعية” معلومات حول المواقع التاريخية حيث وقعت عمليات الإبادة الجماعية في عام 1918 – مثل جسر تاغلي، و حمام غونبازلي، ومسجد الجمعة، و وادي الدماء، و ضريح سوبابا، و مقبرة الجندي التركي المجهول.

شارك رئيس جامعة أذربيجان الدولية الفرعية في قوبا، يوسف علييف، و طاقمه في حفل تقديم دليل المعلومات على الخريطة في فرع جامعة أذربيجان للتربية.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?