1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür

05.03.2024
1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür

Quba filialında 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Tələbələrin mülki müdafiə bilikləri ilə məlumatlandırılması və risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” adlı tədbir keçirilib

ADPU-nun Quba filialının “Coğrafiya müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Nurlan Qəribovun moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə Filialın Humanitar elmlər fakültəsinin dekanı Mürvət Əliyev açıq elan edib, günün mahiyyətini izah edib.

Daha sonra Filialın Təbiət fənləri kafedrasının dosenti Natiqə Nəbiyeva “Fövqaladə hadisələrdən müdafiə sahəsində əhalinin məlumatlandırılması” mövzusunda ustad dərsi təqdim edib, dərs müddətində tələbələrə həm nəzəri, həm də təcrübi məlumatlar verilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?