20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq və mübarizlik tarixidir

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq və mübarizlik tarixidir

Azərbaycan xalqının qəhrəmanlıq tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Müstəmləkəçiliyə qarşı mübarizə aparan xalq öz mübarizəsindən və mücadiləsindən dönməyərək azadlığına qovuşmaq istəyirdi. Lakin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qaniçən rəhbərliyi əsasən ermənilərdən ibarət olan Sovet ordusunun qoşun hissələrini Bakıya – əliyalın insanların üzərinə göndərdilər. Həmin gecə Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət hadisəsi törədildi.
20 Yanvar hadisələri zamanı Bakıya qanunsuz yeridilmiş Sovet qoşunların vəhşiliyi nəticəsində Bakıda və rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.
Bu hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının illik fəaliyyət planına uyğun olaraq qanlı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq bu gün filialın bir qrup əməkdaşı mövcud pandemiya şəraitinə uyğun olaraq Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmiş, Şəhid məzarları üzərinə qərənfillər düzüb. Müstəqilliyimizin əldə edilməsi uğrunda canlarından keçmiş 20 Yanvar Şəhidlərinin, torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsi uğurunda 1-ci Qarabağ və 2-ci Qarabağ savaşlarında canlarını Vətən yolunda qurban vermiş əbədiyaşar Şəhidlərimizin ruhları qarşısında baş əyərək onlara hörmət və ehtiramlarını bildirmişlər.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN. VƏTƏN SAĞ OLSUN!!!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?