ADPU-nun Quba Filialında Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü münasibətilə “Zəfərə aparan yol: Ali Baş Komandan cənab İlham Əliyevin qələbə strategiyası” adlı açıq dərs keçirilib.
Nümunəvi açıq dərs Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Dərsi Filialın Humanitar elmlər kafedrasının baş müəllimi Zəminə Qayıbxanova Riyaziyyat və təbiət elmləri fakültəsinin “Tarix coğrafiya müəllimliyi” ixtisasının1901B və 1902B qruplarında keçib.
Əvvəlcə Filialın “Tarix coğrafiya müəllimliyi” ixtisasının 1901B və 1902B qrup tələbələrinin təqdimatında Ali Baş Komandan İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən təqdimatlar, videoçarxlar, slaydlar nümayiş etdirilib, həmçinin tələbələr Cavadova Ləman, Kərimova Günel, Məmmədova Vüsalə, Süleymanova Təranə, Əlisultanov Turanın ifasında şeirlər, musiqilər səsləndirilib, zəfər tariximiz təkrarlanıb.
Dərsdə Azərbaycanın tarixi zəfərini şərtləndirən bir sıra vacib məqamlara toxunulub, bütöv Azərbaycanın gələcək inkişafı istiqamətində atılacaq addımların əhəmiyyəti diqqətə çatdırılıb, son illər ölkə səviyyəsində bütün sahələrdə əldə edilən nailiyyətlər sadalanıb.
Daha sonra Filialın direktoru dosent Yusif Alıyev Prezident cənab İlham Əliyevi doğum günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialınln kollektivi adından və şəxsən öz adından səmimqəlbdən təbrik edib, vurğulayıb ki, geniş dünyagörüşü və müdrik liderlik sayəsində müstəqil Azərbaycanımızın sürətlə inkişaf etməsindən, getdikcə həm beynəlxalq aləmdə, həm də regionda qüdrətli söz sahibinə çevrilməsini görməkdən çox məmnunuq. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq fəaliyyətində özünü cəsarətli, qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və güclü siyasi xadim, dövlətin lideri kimi təsdiq edib, öz nümunəvi xidməti, yüksək əməlləriylə həmvətənlərimiz arasında və xaricdə böyük hörmət və nüfuz qazanaraq 50 milyon azərbaycanlının Prezidenti olmağı bacarıb. Bu gün biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanda dövlət quruculuğu, iqtisadi, ictimai və sosial inkişaf sahələrində genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların həyata keçirilməsinin, ölkəmizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət kursunun şahidi və dönməz dəstəkçiləriyik. Direktor həm də dərsin yüksək səviyyədə təşkilinə, milli vətənpərvərlik ideyalarının təbliğinə görə tələbələrə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, dərsdə direktor müavini, Tədris şöbəsinin, İnsan resursları və kargüzarlıq şöbəsinin, Kitabxana və elektron resurslar şöbəsinin, Keyfiyyətin təminatı şöbəsinin müdirləri, Fakültə dekanları, kafedraların müəllimləri də iştirak edib.