“Üz-üzə” Psixologiya Klubu

“Üz-üzə” Psixologiya Klubu

“Üz-üzə” Psixologiya Klubunun “Hər insan bir psixologiya”dır

Üz-üzə” Psixologiya Klubu 24 oktyabr 2019-cu il tarixindən ADPU Quba filialının nəzdində fəaliyyət göstərir. Klubun məqsədi həm universitet tələbələri və əməkdaşlarına, həm də bölgənin psixoloqlarına faydalı olmaqdır.

Klubun yaradıcısı, ideya müəllifi, həmçinin fakültənin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası tələbələrinin tyutoru Xəyalə Ələkbərovadır.

Psixologiya klubunda psixoloji konsultasiyalar, təlimlər, seminarlar, qrup terapiyaların təşkili nəzərdə tutulmuşdur. Həmçinin bölgənin məktəb psixoloqları, müxtəlif psixoloji mərkəzlərlə əməkdaşlıqlar qurulacaq və insanların həm psixoloji biliklərə yiyələnmələrinə, həm də psixoloji problemlərinin aradan qaldırılmasına yardım ediləcəkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?