Ustad mühazirəsi ilə müstəqillik tariximizə nəzər

29.05.2024
Ustad mühazirəsi ilə müstəqillik tariximizə nəzər

27 may 2024-cü il tarixində Quba filialının Heydər Əliyev Lektoriyasının tədbirlər planına əsasən 28 May Müstəqillik Gününə həsr edilmiş “Müstəqil Azərbaycan-Xalq Cümhuriyyətinin varisidir” mövzusunda ustad mühazirəsi keçirilib.

Görüşün qonaq-eksperti filialın müəllimi, əməkdar mədəniyyət işçisi, AJB-nin üzvü Elza Orucova olub.

Quba Heydər Əliyev Mərkəzində keçirilən ustad mühazirəsinin əsas məqsədi Cümhuriyyət dönəmindən Zəfərə doğru uzun və məşəqqətli yol alan ölkəmiz haqqında tədbir iştirakçılarına geniş məlumatlar vermək idi.

Ustad mühazirəsinin dinləyiciləri sırasında Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları, filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri S.Hacıyeva, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e N. Bayramova, TGT adından F.Səmədova, həmçinin filialın tələbə kontingenti yer alıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?