“Universitetlər 2030: Vizyondan gerçəkliyə” vebinarı keçiriləcək

“Universitetlər 2030: Vizyondan gerçəkliyə” vebinarı keçiriləcək

Avropa Universiteti Assosiasiyası tərəfindən “Universitetlər 2030: Vizyondan gerçəkliyə” adlı vebinar keçiriləcək.

22-23 aprel tarixlərində keçiriləcək vebinar iqlim böhranı, ali təhsil müəssisələrinə istiqamətlənən əsas texnoloji irəliləyişlər, əmək bazarında dəyişikliklər və Avropanın siyasi sistemlərinə həsr olunacaq.

İştirak etmək istəyənlər Assosiasiyanın rəsmi səhifəsində qeydiyyatdan keçə bilərlər.

Vebinarla bağlı suallara cavab tapmaq məqsədilə  Annual-Conference@eua.eu ünvanına müraciət etmək lazımdır.

Vebinarın proqramı, ödəniş şərtləri barədə ətraflı müraciət üçün linkə daxil ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?