6-7 may 2021-ci il tarixlərində Bakı Biznes Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qlobal iqtisadi çağrışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın əsas istiqamətləri aşağıdakılardır:
İşğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin təhlili və qiymətləndirilməsinin yeni mexanizmləri;
İşğaldan azad edimiş ərazilərdə sahibkarlığın inkişaf istiqamətləri;
İşğaldan azad edimiş ərazilərdə səmərəli investisiya qoyuluşları;
İşğaldan azad edimiş ərazilərdə biznes mühitinin formalaşdırılması və kiçik sahibkarlığın inkişaf etdirilməsi problemləri;
İşğaldan azad edimiş ərazilərdə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri;
İşğaldan azad edimiş ərazilərdə turizmin formalaşdırılmasında xarici dilin inkişaf etdirilməsi yolları;
Respublikanın sosial-iqtisadi inkişafında keyfiyyət hədəflərinə doğru fəaliyyətində İKT-dən səmərəli istifadə;
İşğaldan azad edimiş ərazilərdə sosial proqramlar və xidmətlərin keyfiyyət hədəfləri.
Məruzə və tezislərin quruluşu, tərtib qaydaları, mətni və s. barədə ətraflı məlumat üçün linkə daxil olmaq kifayətdir.
Məruzə və tezislərin son göndərilmə tarixi kimi 30 mart nəzərdə tutulub.