10 may 2024-cü il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Quba şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi ADPU-nun Quba filialının rəhbərliyi və kollektivi tərəfindən də ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülmüşdür.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etmişdir.