16 may 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, təşkilatçı qurumların, ictimai təşkilarların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak etmişdir.