Quba filialında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyevin “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” adlı yeni kitabının təqdimatı keçirilib.
Tədbirdə ADPU-nun Quba filialının professor-müəllim heyəti, “Tarix müəllimliyi” və “Tarix coğrafiya müəllimliyi” ixtisasının tələbələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan filialın Direktor köməkçisi Mürvət Əliyev Əfqan Vəliyevə yüksək səviyyədə tədqiqatların yer aldığı və müəllifi olduğu kitaba görə minnətdarlıq bildirdi.
Əfqan Vəliyev çıxışında kitabda 244 abidə haqqında mənbələrə əsaslanan müfəssəl məlumatların yer aldığını diqqətə çatdırıb. Tədbirdə çıxış edən Tarix, pedaqogika və sosial fənlər kafedrasının tarix müəllimi dosent Sübhan Talıblı belə geniş mənbə bazasına malik kitabların yazılmasının olduqca əhəmiyyətli olduğunu qeyd etdi. Belə mükəmməl kitabı ərsəyə gətirdiyinə görə minnətdarlığını bildirdi.
Təqdimatdan sonra filialın Kitabxana və elektron resurslar şöbəsinə kitab hədiyyə edilib.