“Tanı, Oxu, Tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində tədbir baş tutdu.

03.06.2024
“Tanı, Oxu, Tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində tədbir baş tutdu.

ADPU-nun Quba filialınında Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşdirdiyi “Tanı, Oxu, Tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində tədbir keçirilib

Tədbirin moderatorluğunu filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova edib.

Tədbirdə açılış nitqində dos.Yusif Alıyev ədəbiyyatın, sözün qüdrətindən bəhs edib, istedadlı gəncləri bu istiqamətdə hər zaman dəstəkləməyə hazır olduğunu, layihənin müqəddəs amala xidmət etdiyini bildirib. Sonra layihə və ədəbiyyat könüllülüyü haqqında geniş məruzələrlə DGTYB təsisçisi, nasir, publisist, şair, AYB-nin və AJB-nin üzvüƏkbər Qoşalı, DGTYB sədri, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin sektor müdiri Mənsur Ağayev, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, gənc şairə Sərvinaz Sərvər çıxış edib, filialda keçirilən bu tipli tədbirlərin gənclər üçün əhəmiyyətini qeyd edib, həmçinin tələbələr ədəbi topluda yer alan şeirləri səsləndiriblər. Sonda layihəyə dəstək olan şəxslər (filialın direktoru dos.Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin müdiri Nəcəf Novruzov, şair Ramiz Qusarçaylı, filialın əməkdaşları p.f.d.Aysel Şeydayeva, Nəhayət Şirinova, Eyvaz Şeydayev, şeir deyən tələbələr) mükafatlandırılıb, iştirakçılara kitablar hədiyyə edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?