Tələbələrin nəzərinə: Litvada magistratura üzrə təqaüd proqramı davam edir

Tələbələrin nəzərinə: Litvada magistratura üzrə təqaüd proqramı davam edir

Litva Respublikasının “Təhsil Birjalarına Dəstək Vəqfi” Azərbaycan vətəndaşları üçün 2021-2022-ci tədris ili üzrə bu ölkənin müxtəlif ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil almaq üçün təqaüd proqramı elan edir. Təqaüd proqramına müraciət üçün son tarix 07 may 2021-ci il nəzərdə tutulub.

Proqram çərçivəsində təhsil müddəti 2 il, tədris dili isə litva və ingilis dilləridir. Təhsilalanlar təhsil haqqından azad olunmaqla yanaşı, aylıq təqaüd 400 avro təqaüdlə təmin olunurlar.

Təqaüd proqramı çərçivəsində prioritet ixtisaslar riyaziyyat, informatika, fizika, həyat elmləri, mühəndislik, texnoloji elmlər, səhiyyə elmləri, kənd təsərrüfatı, təhsil elmləri, incəsənət, idman nəzərdə tutulub.

Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi kimi elektron qaydada həyata keçirilir.

Tələb olunan sənədlər barədə ətraflı məlumatla link vasitəsilə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?