ADPU-nun Quba filialında dosent Yusif Alıyevin təşəbbüsü ilə Badisəba xanım Köçərlinin 140 illik yubileyinə həsr edilən “Gender bərabərliyinin doğurduğu imkanlar: Regionlarda yaşayan qadınların ali təhsilə cəlb edilməsinin əhəmiyyəti” mövzusunda esse müsabiqəsinə start verilir.
Müsabiqə filialın təlim tərbiyə üzrə direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva, THİK sədri Aygün Şıxbabayeva, TGT sədri Səyyad Nəcəfov, TEC sədri Azər Zahirov, GAB sədri Ayşən Bağılının təşkilatçılığı ilə həyata keçiriləcək bu layihədə iştirak etmək istəyən gənclər öz esselərini 31 mart 2021-ci il tarixinə qədər aysays.837@gmail.com ünvanına göndərməlidirlər.
Esselərin qiymətləndirilməsi filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəyin rəhbərliyi ilə yaradılmış münsiflər heyəti tərəfindən aparılacaqdır.
Müsabiqənin qaliblərinə ADPU-nun Quba filialının rəhbərliyi tərəfindən Diplomlar təqdim olunacaq və qalib esselər filialın saytında yer alacaqdır. Hər kəsə uğurlar!
Əlaqə tel :
+994 70 572 06 46 Nicat Piriyev, TGT sədr müavini
Son qeydiyyat tarixi : 31 mart 2021-ci il.