Tələbələrimiz müəllim olmaq üçün son mərhələdə

05.03.2024
Tələbələrimiz müəllim olmaq üçün son mərhələdə

ADPU-nun Quba filialının sonuncu tədris ili tələbələrinin pedaqoji təcrübəsi regionda fəaliyyət göstərən təhsil müəssisələrində uğurla davam etdirilir. Quba şəhəri üzrə Quba -Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 5 təhsil müəssisəsi, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Quba FRİTL-da tələbələrimizin Pedaqoji İnternatura üçün nəzərdə tutulan kreditlərini qazanmaları üçün şərait yaradılıb.

Artıq müvafiq ixtisaslar üzrə sınaq dərslər keçirilir. Sınaq dərslərdə tələbələr minimum bilik və bacarıqlarnı nümayiş etdirir. Onları həm təcrübə bazalarından, həm də filialdan ayrılan təcrübə rəhbərləri dinləyir, qiymətləndirir.

Tələbələrə necə uğurlu dərs aparmaq, dərsin məntiqi ardıcıllığını müəyyən etmək, şagirdlərə lazım olan dərs vəsaitlərini seçmək, şagird nailiyyətlərini sistematik olaraq qeydə almaq, sinfi idarə edə bilmək, səmərəli təlim prosesi yaratmağın yolları tövsiyə olunur.

Təcrübəçilərə ixtisasın peşə hazırlığı sahəsində əldə etdikləri nəzəri bilikləri ustalıqla nümayiş etdirməkdə uğurlar arzulayırıq.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?