ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının AZD 2301B və 2302B qruplarında Təhsildə İKT fənnindən nümunəvi açıq dərs keçirilib
Dərsi filialın Riyaziyyat və informatika kafedrasının müəllimi Hikmət Musayev keçib.
“Microsoft Office proqram paketləri” mövzusunda olan dərs zamanı H.Musayev tələbələrə nəzəri və təcrübi məlumatları daha səmərəli şəkildə çatdırmış, dərsdə mövzuya uyğun tələbələrin hazlrladıqları slaydlar da nümayiş etdirilmişdir.
Ümumilikdə İKT imkankarından istifadənin dərsin keyfiyyətinə təsiri üzə çıxarılmış, qeyd edilmişdir ki, tədris təkcə metod və vasitələrinin tətbiqindən ibarət deyil, bu gün şagirdlərdə əməkdaşlıq, komanda şəkilində işləmək bacarığının formalaşdırılması da müasir təhsilin qarşısına qoyduğu əsas məqsədlərdən biridir.
Qeyd edək ki, dərs Filialın 13 saylı auditoriyasında keçirilmiş, dərsdə KTŞ əməkdaşı, Fakültə dekanı, kafedranın müdiri və laborantı, ixtisas müəllimləri iştirak etmişdir.