Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Təhsil Tələbə Krediti Fondu” fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsini təmin etmək məqsədi ilə “Prima Consalting” MMC-nin səlahiyyətli əməkdaşlarının görüşü keçirildi.
Görüşdə Filialın direktoru dosent Yusif Alıyev, “Prima Consalting” MMC-nin əməkdaşı Allahverdi Şəfiyev,Təhsil Tələbə Kreditindən yararlanmış 25-30 nəfər tələbə valideynləri, Filialın təhsil krediti haqqında həm məlumatı olan əməkdaşları, dekanlıqlar, tələbələr iştirak edib.