Təhsil Tələbə Krediti Fondu barədə detallar açıqlanıb

Təhsil Tələbə Krediti Fondu barədə detallar açıqlanıb

Təhsil Nazirliyi rəsmi portalında Təhsil Tələbə Krediti Fondu barədə əsas məqamlara aydınlıq gətirib. Rəsmi məlumata görə:

– Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.

– Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər.

– Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq.

– Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.

– Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək.

– Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq.

– Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.

– Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq.

– Təhsil kreditində faiz dərəcəsi çox az olacaq.

– Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək.

– Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.

– Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər.

– Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.

– Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq.

– Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq.

– Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək.

– Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?