TƏBRİK EDİR VƏ QÜRUR DUYURUQ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının  Mühasibatlıq şöbəsinin zəhmətsevər əməkdaşı Şəlalə xanım Xəlilovanın övladı, N saylı hərbi hissənin baş leytenantı Araz Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bu münasibətlə Şəlalə xanımı, ailəsini filialın direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından səmimqəlbdən təbrik edir, belə qəhrəman oğul tərbiyə edib böyütdüyü üçün ona təşəkkürümüzü bildiririk.
Biz sizin oğlunuzla qürur duyuruq, Şəlalə xanım!

Bütün təltif edilən qəhrəman Azərbaycan övladlarını təbrik edirik.
Tanrı Ordumuzu, xalqımızı, dövlətimizi, Ali Baş Komandanımızı qorusun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir