Təbiət fənnləri və onun tədrisi metodikası kafedrası I semestrin yekunları ilə bağlı iclas keçirdi

Təbiət fənnləri və onun tədrisi metodikası kafedrası I semestrin yekunları ilə bağlı iclas keçirdi

12.02.2021 ci il tarixində “Təbiət fənnləri və onun tədrisi metodikası” kafedrası I semestrin yekunları və II semestrdə qarşıda duran vəzifələr mövzusunda online iclas keçirib. İclası açıq elan edən kafedra müdiri dosent Güləddin Həmzəyev I semestr üzrə yerinə yetirilməsi nəzərdə tutlmuş dərs yüklərin icra olunma vəziyyəti və online dərs zaman üzləşdiklər çətinliklər və əldə olunan nailiyyətlər ilə bağlı iclas iştirakçılarına ətraflı məlumat verdi. İclasa əlavə olaraq kafedranın baş müəllimi riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov kafedra üzrə semestr ərzində fənn sillabusları, fənn proqramları və elektron jurnallarla üzrə müəllimlərin hərəkəti, kafedranın baş müəllimi, GDTŞ sədri Elbrus Əhmədov 2020/2021 ci il üzrə dokturnatların elmi işləri və 2020 ci il üçün yekunlaşdırdıqları elmi tədqiqat işləri ilə bağlı kafedra müəllimlərinə geniş məlumat verdi. İclasın sonunda filialın direktoru dosent Yusif Aliyev  I semestirdə kafedranın fəaliyyətinin qənaətbəxş hesab edərək əlavə tövsiyələr və təkliflər verməklə II semestrdə kafedranın işinə uğular arzuladı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?