ADPU-nun Quba Filialında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Kitab klubunda Ədəbiyyat və dillər kafedrasının, filialın kitabxanasının, Tələbə Gənclər Təşkilatınln təşkilatçılığı ilə azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, pedaqoq, ssenarist, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş “İsmayıl Şıxlı yaradıcılığında azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans keçirilib. Konfransda filialın Ədəbiyyat və dillər kafedrasınln müdiri dosent Gülşən Ağabəy, filialın Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova, Kitabxana müdiri Samirə Hacıyeva, baş müəllim Kəmalə Bayramova, Statistik Samirə Hacıyeva, TGT sədri Həcər Seyidəhmədova, tələbə-gənclər iştirak edib. Konfransı filialın Ədəbiyyat və dillər kafedrasınln müdiri dosent Gülşən Ağabəy açıb, İsmayıl Şıxlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib, bildirib ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub, Kosalar kəndində ibtidai məktəbi bitirib, 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Daha sonra dosent Gülşən Ağabəy vurğulayıb ki, İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən qeyd edilir. Sonra tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Kəmalə Bayramova, TGT sədri Həcər Seyidəhmədova, filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”ixtisasınln I tədris ili tələbələri Həyatə Nurkişiyeva, Neman Nəcəfov ədibin yaradıcılığı, yaradıcılığındakı üslubun mükəmməlliyi, ilk əsərləri, bədii dilin obrazlılığı, obrazların xarakter zənginliyi, əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətləri haqqında danlşıblar. Çıxış edənlər tələbə-gəncləri İsmayıl Şıxlı yaradıcılığı ilə yaxından tanış olmağa çağırıb.
- Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev