Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının ümumi iclası keçirilib

07.07.2021
Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının ümumi iclası keçirilib

Bu gün ADPU Quba filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının ümumi iclası keçirilib.

İclasda kafedra müdiri Güləddin Həmzəyev, tədris və elmi ilər üzrə direktor müavini İsmayıl Mahmudov, direktor köməkçisi Mürvət Əliyev, Pedaqoji fakültə dekanı Qələmşah İdrisov, Tədris şöbə müdiri Mələk Bağırova və kafedranın bütün əməkdaşları iştirak ediblər.

Filialın akt zalında təşkil edilən iclas kafedra müdiri Güləddin Həmzəyevin giriş sözləri ilə başlanıb və tədbirin gündəliyi elan edilib. Gündəlikdə kafedranın təşkili və yaz imtahan sessiyası nəticələrinin təhlili məsələləri yer alıb.

Gündəlikdəki birinci məsələ – kafedranın təşkili ətrafında müzakirədə kafedradakı dərs saatları, işi, sturukturu, yeni dərs yüklərinin bölünməsi kimi nüanslara yer verilib. İclasda kafedranın təşkilinin tam demokratik əsaslarla, səsvermə yolu ilə həyata keçirilməsi təklif olunub və kollektiv tərəfindən yekdilliklə qəbul edilib.

Daha sonra ayrı-ayrı ixtisaslar üzrə dərs saatlarının bölüşdürülməsi səsverməyə çıxarılıb. Hər bir əməkdaşa yeni semestrdən dərs saatlarının verilməsi barədə kollektivlə müzakirələr aparılıb, rəylər alınıb. Kafedraya vakant dərs saatları üzrə yeni əməkdaşların işə götürülməsi mexanizmi müzakirə olunub. Bildirilib ki, yeni semestrdən kafedra ilə əməkdaşlıq etmək, tədris aparmaq istəyən şəxslər qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərlə kafedraya müraciət etməlidirlər. Müəllimlərin innovativ tədrisə dair bilik və bacarıqları, elektron sənədlərin tam qaydası üzrə yazılmasının zəruriliyi vurğulanıb. Bildirilib ki, dərs saatlarının tam qaydasında və ədalətli bölüşdürülməsi semestr ərzində tədrisin kəsilməzliyi baxımından vacibdir.

Gündəlikdəki ikinci məsələ – yaz imtahan sessiyası nəticələrinin təhlili zamanı isə ayrı-ayrı müəllimlərin fənn üzrə tədrtis göstəriciləri, müvafiq fəndən tələbələrin imtahan nəticələri müzakirə edilib. İmtahanların ilk dəfə şifahi və onlayn qaydada keçirilməsi nəzərə alınaraq göstəricilərin təhlilinin zəruriliyi vurğulanıb.

İclas imtahan nəticələrinin, kafedra müəllimlərinin davamiyyətinin tədrisin kəsilməzliyinin müzakirəsi ilə davam edib. Diskussiya şəraitində başa tutan iclasda kafedranın bütün üzvləri müzakirələrdə aktiv iştirak ediblər.

Sonda kafedra müdiri Güləddin Həmzəyev bütün əməkdaşlara növbəti semestrdə uğurlar, müvəffəqiyyətlər arzulayıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?