Şəhid Ürfan Məmmədovun əziz xatirəsinə həsr edilən intellektual yarış keçirilib

Şəhid Ürfan Məmmədovun əziz xatirəsinə həsr edilən intellektual yarış keçirilib

Fevralın 22-də ADPU-nun Quba filialının tələbələrindən və Quba Dövlət Sosial İqtisadi Kollecinin tələbələrindən ibarət komandalar arasında intellektual yarış baş tutub. Yarış 44 günlük Vətən müharibəsi zamanı Talışkənd yüksəkliyi ərazisində qəhrəmancasına  Şəhid olmuş,  Quba rayonunun Çartəpə kəndində anadan olan gizir Məmmədov Ürfan Çingiz oğlunun əziz xatirəsinə həsr edilib.
Yarışın təşkilatçılığını filialın TGT sədri Səyyad Nəcəfov, sədr müavini Əhməd Əliyev, İOK sədri Elxan Əskərov edib.Yarışda 9 komanda iştirak edib.
Qalib komandaların təltif edilməsi “ZOOM” platforması üzərindən baş tutub, bu zaman Quba Dövlət Sosial İqtisadi Kollecinin direktoru Cəvahir İskəndərova, filialın direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva,  THİK sədri Aygün Şıxbabayeva, kollecin TGT sədri Fatimə Səfərova, tələbə gənclər iştirak edib.Çıxış edənlər uca Allahdan cəmi Şəhidlərimizə rəhmət diləyib, onların hər birinin xatirəsinin əziz olduqlarını vurğulaylblar. Daha sonra Fatimə xanım Səfərova çıxış edərək bu tipli yarışların gənclərin həyatındakı önəmini diqqətə çatdırıb, onları təcrübə qazanmaqda maraqlı olmağa səsləyib, sonra filialın İOK sədri Elxan Əskərov qalib komandaların adlarını açıqlayıb, qalibləri təbrik edib, 1-ci yerin sahibi olan filialın komandasının kapitanı Elvin Şükürov, TGT sədri Səyyad Nəcəfov çıxış edərək, pandemiya şəraitində gənclərin intellektual inkişafı üçün  yaradılan bu şəraitə görə dos.Yusif Alıyevə təşəkkür edib, kollec ilə bundan sonra da sıx əməkdaşlıq edəcəklərini vurğulayıblar.

QEYD:
1 ci yer “5+1” komandası -12 düz- Komandanın kapitanı Elvin Şükürov ADPU-nun Quba filialı

2 ci yer “Dəmir Yumruq„ komandası -8 düz (43 reyting xalı)- Komandanın kapitanı Hacıbalayev Məhəmməd

3 cü yer “Sirius„ komandası-8 düz (41 reyting xalı)- Komandanın kapitanı Ağamirzəyeva Elva

4-cü yer “İstiqlal” komandası-7 düz
5-ci yer “Atomic” komandası-6 düz
6-cı yer “Mühasibatlıq” komandası-5 düz
7-ci yer “Risk, Niravana və Zirvə” komandaları 3 düz

Qalibləri bir daha təbrik edir, əməyi keçən hər kəsə təşəkkür edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?