Qubada ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: elm və təhsilin himayədarı” mövzusunda konfrans keçirilib.

07.05.2022
Qubada ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: elm və təhsilin himayədarı” mövzusunda konfrans keçirilib.

Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda rayon və universitet rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, qazilər, hərbçilər, rayonun digər ictimaiyyət nümayəndələri iştirak edib.

Qubanın icra başçısı Ziyəddin Əliyev dahi şəxsiyyət olan Heydər Əliyevin hər sahədə olduğu kimi, elm və təhsilə xüsusi önəm verdiyini bildirib.
Onun sözlərinə görə, bu görkəmli şəxsiyyətin təhsil sistemində etdiyi islahatlar indi Prezident İlham Əliyev təəfindən uğurla davam etdirilir.  Qubada da bu istiqamətdə geniş miqyaslı işlər görüldüyünü deyən rayon rəhbəri vurğulayıb ki, 2004-cü ildən indiyədək rayonda 83 məktəb tikilib. “Təkcə son 4 ildə rayonda 30 məktəb inşa edilib, 13 məktəb binası əsaslı təmir edilib. Hazırda Digah kənd orta məktəbinin yeni binasının  inşası aparılır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov ulu öndərin elm və təhsilə verdiyi töhfələrdən danışıb. 
Digər çıxışlarda da Heydər Əliyevin təhsil sistemindəki xidmətləri vurğulanıb.

https://bizim.media/az/cemiyyet/73140/?fbclid=IwAR1NuU9oCaL-QQOR79-hoi1uRYeiGjcNpsoz5PNNJYzB-2YPPG2x02LPA88

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?