Qubada “Gender əsaslı zorakılığla mübarizə həftəsi” keçirilir.

07.12.2023
Qubada “Gender əsaslı zorakılığla mübarizə həftəsi” keçirilir.

Həftə çərçivəsində Qubanın müxtəlif kəndlərində təhsil alan gənclər, onların valideynləri və müəllim kollektivi üçün qeyd olunan mövzu əsasında seminarlar təşkil olunub.

İştirakçılara “Gender bərbərliyi”, “Məşiət zorkılığı”, “Gender zorakılığı və erkən nikah” haqqında məlumat verilib.

Qeyd edək ki, “Gender əsaslı zorakılığla mübarizə həftəsi” çərçivəsində keçirilən seminarlar Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aynur Yəhyayeva, ADPU-nun Quba filialının direktor müavini p.f.d Aysel Şeydayeva, Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin baş məsləhətçisi Gülər Vəlimuradova, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev, Quba Tibb kollecinin direktor müavini Nəzirə Əliyeva iştirak edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?