23 oktyabr 2022-ci il tarixində Şahdağ Quba otelində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümünə həsr olunmuş Nə? Harada? Nə zaman? intelektual oyunu üzrə 11 komandanın (YAP Gənclər Birliyi, Abşeron, Binəqədi, Qubadlı, Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba,Qusar, Xaçmaz) iştirak etdiyi seçim turu keçirilib.
Oyunun nəticələrinə əsasən Quba komandası birinci yeri tutaraq final mərhələsinə vəsiqə əldə edib.Quba komandasının tərkibində Yeni Azərbaycan Partiyasının fəal üzvləri, ADPU – nun Quba filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının III tədris ili tələbələri Şəbnəm Abdullayeva, Hicran Seyidova da iştirak edib.
Gənclərimizi təbrik edirik, uğurlarının davamlı olmasını arzu edirik.