
GİKM Quba nümayəndəliyinin əməkdaşı, “Media savadlılığı və gənclər” təlim kursunun iştirakçısı Eyvaz Xeyrullayevin təqdimatında baş tutan fasilitasiya zamanı gənclər Azərbaycanda media savadlılığı, saxta xəbərlər və dezinformasiya, media müxtəlifliyi və mediada qərəzlilik mövzuları haqqında ətraflı məlumatla tanış olub.
Nəzəri hissədən sonra gənclər araşdırmalar edərək əldə etdikləri bilikləri interaktiv formada qruplarla tətbiq edib, saxta və yalan xəbərləri, eləcə də qərəz formalarını aşkar etməyin və onlara qarşı mübarizə aparmağın yollarını öyrənib.






