Quba filialının direktoru dosent Y.Alıyev əlaçı və fəal tələbələrlə görüşüb

Görüş zamanı dosent Y.Alıyev filialda təsis edilən Adlı təqaüdlərə və əlaçı təqaüdünə layiq görülən tələbələri təbrik edib, onların bir vətəndaş, tələbə kimi məsuliyyətinin artdığını qeyd edib, mühüm tapşırıq və tövsiyyələrini çatdırıb.
Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələrinə əsasən ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan tələbələrə 01.07.2022-ci il tarixdən əsas və əlavə təqaüd yerlərinə müvafiq göstərilən qaydada təqaüd təyin olunub.
Dosent Yusif Alıyevin təşəbbüsü ilə 2019/2020-ci tədris ilinin əvvəlindən ADPU-nun Quba filialının ixtisasları üzrə III tədris ilindən başlayaraq ümumi tədris göstəriciləri ən yüksək olan tələbələrinə semestrdə bir dəfə olmaqla Adlı təqaüdlər də təyin edilir.
Filialda III, IV və V tədris ili üzrə yaz imtahan sessiyasında ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) olan və aşağıda adları qeyd olunan tələbələrə semestrdə ödəniş bir dəfə olmaqla Adlı təqaüdlər təyin olunub ki, onlara da aşağıdakı tələbələr layiq görülüb:
1 Hacıbalayev Məhəmməd Ağaməmməd əyani AZD III, 2001B 98,400 A(A) Heydər Əliyev adına 100 AZN
2 Abayeva Xatirə Qurban əyani TCM V, 1801B 98,100 A(A) Fətəli xan adına 50 AZN
3 Hüseynova Fəridə Afen əyani İBT III, 2001B 95,833 A(AB) Badisəba xanım Köçərli ad. 50 AZN
4 Əliyeva Cənnət Telman əyani TSP III, 2001B 95,833 A(A) Kübra Fərəcova adına 50 AZN
5 İdrisova Aygün Elçin əyani RİN V, 1801B 98,000 A(A) Nadir İbrahimov adına 50 AZN
6 Ağayeva Günay İldırım əyani AZD III, 2001B 97,900 A(A) Səməd Vurğun adına 50 AZN
7 Əmrağayeva Günel Əvəz əyani MQT III, 2001B 95,900 A(AB) A.Bakıxanov adına 50 AZN