6 mart 2024-cü il tarixində ADPU-nun Quba filialının, GİKM Quba-Xaçmaz Regional nümayəndəliyinin və Quba Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şahdağ Quba Truskavets Sanatoriyasının Akt zalında filialın müəllim və tələbələri arasında Şahmat turniri keçirilib.
Şahmat turnirində filialın tələbələri ilə yanaşı Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva, Fakültə dekanı Nubar Bayramova, Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova, Riyaziyyat və informatika kafedrasının laborantı Vəfa Bayramova da iştirak edib.