Quba filialında “Karyera Marafonu 2022” layihəsi çərçivəsində tədbir keçirilib

Kapital Bankın “Karyera Marafonu 2022” layihəsi çərçivəsində növbəti görüşü yeri ADPU-nun Quba filialında olub.
Filialda keçirilən Karyera Marafonunda Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri Arif Nəbiyev, Samir Nəcəfov, Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Ramal Quluzadə, “Kapital Bank” ASC-nin Quba filialının direktoru Heydər Əliyev,Kapital Bankın İnsan Resursları şöbəsinin müdir müavini Azadə Hacıyeva, Filialın direktor müavinləri İsmayıl Mahmudov, Aysel Şeydayeva, İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Sərxan Ağası, Aytac Əhmədova GKİM Quba nümayəndəliyinin rəhbəri, Qusar, Siyəzən, Xaçmaz GKİM nümayəndələri, Quba və ətraf region gəncləri, filialın əməkdaşları və tələbələri qatılıblar.Filialda tədbir İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Sərxan Ağasının koordinatorluğu ilə həyata keçirilib.
Kapital Bank və Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən
Karyera Marafonunda əvvəlcə Kapital Bankın İnsan Resursları şöbəsinin müdir müavini Azadə Hacıyeva tədbir iştirakçılarını salamlayıb, layihənin əsas məqsədlərini açıqlayıb, qeyd edib ki, Marafonda:
• Karyera sərgisi
• Mütəxəssislər tərəfindən müxtəlif mövzularda məlumat sessiyaları
• Workshop-lar
• Maraqlı oyunlar həyata keçirilməklə maraqlı bir təcrübə əldə ediləcəkdir.
Daha sonra Quba və ətraf region gənclərinin iştirak etdiyi marafonda karyera sərgisi, işəqəbul mütəxəssisləri ilə konsultasiya, açıq havada “Öz daxili potensialımızı necə kəşf edə bilərik?”, “Məsafədən satış”, “Kapital bank tarixçəsi və karyera imkanları” seminarları təşkil edilib.
Gənclərin yaranmış sualları mütəxəssislər tərəfindən cavablandırılıb, Kapital Bankda olan aktiv vakansiyalar üçün iştirakçıların “CV”ləri qəbul olunub. Karyera marafonunda aktiv iştirak edən gənclərə hədiyyələr təqdim olunub.
Karyera Marafonu Kapital Bank və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında keçirilib.